Bu ilin yanvar-mart aylarında Azərbaycanda 608,2 kq qızıl, 1 331,6 kq gümüş istehsal edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bunlar ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 26,7 % az və 10,2 % çoxdur.
Aprelin 1-nə ölkədə 210,8 kq qızıl, 615,1 kq gümüş ehtiyatı yaranıb.