Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 94,4 min ton etilen istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,1 % çoxdur.
Bu il avqustun 1-nə, ölkədə 1,1 min ton hazır məhsul ehtiyatı olub.
2024-cü ildə Azərbaycanda 129,5 min ton etilen istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 21,8 % azdır.