Azərbaycanda emal sənayesi 3 %-ə yaxın böyüyüb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın emal sənayesində 10 milyard 912,6 milyon manat dəyərində məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.

"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 % çoxdur.

Emal sənayesində ən çox artım avtomobil, qoşqu və yarımqoşquların istehsalı (2,2 dəfə), əczaçılıq məhsullarının istehsalı (+35,5%), toxuculuq sənayesi (+34,0%), dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı (+20,6%), maşın və avadanlıqların quraşdırılması və təmiri işləri (+20,5%), tütün məmulatlarının istehsalı (+19,4%), kağız və karton istehsalı (+11,1%), qida məhsullarının istehsalı (+9,9%), metallurgiya sənayesi (+6,6%), tikinti materiallarının istehsalı (+4,7%) sahələrində olub.

Xatırladaq ki, 6 ay ərzində ölkədə sənaye istehsalının ümumi dəyəri illik müqayisədə 0,1 % artaraq 33 milyard 71 milyon manat, o cümlədən neft-qaz sənayesi istehsalının ümumi dəyəri 0,6 % azalaraq 22 milyard 301,4 milyon manat, qeyri-neft-qaz sənayesi istehsalının ümumi dəyəri 4,1 % artaraq 10 milyard 769,6 milyon manat olub.

Digər xəbərlər