Azərbaycanda elektrik naqil istehsalı fevralda 47 % artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 2 min ton elektrik naqilləri istehsal edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 35 % çoxdur.

Təkcə fevralda isə ölkədə 1 min 153 ton istehsal olunub ki, bu da 1 il əvvələ nisbətən 47 % çoxdur.

Bu il martın 1-nə olan vəziyyətə görə, Azərbaycanda 743 ton hazır məhsul ehtiyatı olub.

Xatırladaq ki, 2024-cü ildə Azərbaycanda 12 min 39 ton elektrik naqilləri istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 15,4 % çoxdur.

Digər xəbərlər

Azərbaycan dərman ixrac edə bilər 05 oktyabr, 2026 / 16:26