Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 4,5 min ton əhəng istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 15,4 % çoxdur.
Təkcə fevralda isə ölkədə 2,5 min ton əhəng istehsal olunub ki, bu da 1 il əvvələ nisbətən 31,6 % çoxdur.
Bu il martın 1-nə olan vəziyyətə görə, Azərbaycanda 5,8 min ton hazır məhsul ehtiyatı olub.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycanda 29,4 min ton əhəng istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 33,6 % azdır.