Bu ilin yanvar-mart aylarında Azərbaycanda 6,1 min ton əhəng istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,6 % azdır.
Bu il aprelin 1-nə olan vəziyyətə görə, Azərbaycanda 5,8 min ton hazır məhsul ehtiyatı olub.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycanda 29,4 min ton əhəng istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 33,6 % azdır.