Azərbaycanda əhəng daşı istehsalı 93 % artıb

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda 613,8 ton inşaat üçün əhəng daşı istehsal edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 92,8 % çoxdur.

Təkcə noyabrda isə ölkədə 48,3 ton inşaat üçün əhəng daşı istehsal olunub ki, bu da 1 il əvvələ nisbətən 13,4 % çoxdur.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycanda 389,4 ton inşaat üçün əhəng daşı istehsal edilib ki, bu da 2022-ci illə müqayisədə 12 % çoxdur.

Digər xəbərlər