Ötən il Azərbaycanda 661,7 min ton inşaat üçün əhəng daşı istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 38,3 % çoxdur.
Təkcə dekabrda isə ölkədə 48 min ton inşaat üçün əhəng daşı istehsal olunub ki, bu da 1 il əvvələ nisbətən 32 % azdır.