Azərbaycanda əhəng daşı istehsalı 2 dəfə artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 565,5 ton inşaat üçün əhəng daşı istehsal edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur.

Təkcə oktyabrda isə ölkədə 38,5 ton inşaat üçün əhəng daşı istehsal olunub ki, bu da 1 il əvvələ nisbətən 19 % azdır.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycanda 389,4 ton inşaat üçün əhəng daşı istehsal edilib ki, bu da 2022-ci illə müqayisədə 12 % çoxdur.

Digər xəbərlər

Azərbaycan dərman ixrac edə bilər 05 oktyabr, 2026 / 16:26