Azərbaycanda duz istehsalı ötən il 22 % artıb

Ötən il Azərbaycanda 89 min 456 ton duz istehsal edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 22,1 % çoxdur.

Təkcə dekabrda isə ölkədə 7 min 22 ton duz istehsal olunub ki, bu da 1 il əvvələ nisbətən 11 % çoxdur.

Bu il yanvarın 1-nə Azərbaycanda 59,8 ton hazır məhsul ehtiyatı olub.

Digər xəbərlər