Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 27 min 178,4 ton duz istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 % çoxdur.
Bu il mayın 1-nə, Azərbaycanda 26,4 ton hazır məhsul ehtiyatı olub.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycanda 89 min 456 ton duz istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 22,1 % çoxdur.