Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda 90,7 ton asfalt istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 13,5 % azdır.
Təkcə noyabrda isə ölkədə 14,7 ton asfalt istehsal olunub ki, bu da 1 il əvvələ nisbətən 59,3 % azdır.
Xatırladaq ki, 2023-cü ildə Azərbaycanda 159,3 ton asfalt istehsal edilib ki, bu da 2022-ci illə müqayisədə 27,3 % azdır.