Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 35,8 min kubmetr betondan yığma tikinti konstruksiyaları istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28,8 % çoxdur.
Təkcə noyabrda isə ölkədə 5,2 min kubmetr betondan yığma tikinti konstruksiyaları istehsal olunub ki, bu da 1 il əvvələ nisbətən 63 % çoxdur.
Xatırladaq ki, 2023-cü ildə Azərbaycanda 31,3 min kubmetr betondan yığma tikinti konstruksiyalar istehsal edilib ki, bu da 2022-ci illə müqayisədə 37,5 % azdır.