Azərbaycanda beton istehsalı ötən ay 30 %-ə yaxın artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 3 milyon 711,5 min ton beton istehsal edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31,9 % çoxdur.

Təkcə sentyabr ayında isə 506 min ton beton istehsal olunub ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 29,4 % çoxdur.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycanda 4 milyon 54,3 min ton beton istehsal edilib ki, bu da əvvəlki ilə nisbətən 7,6 % azdır.

Digər xəbərlər

Azərbaycan dərman ixrac edə bilər 05 oktyabr, 2026 / 16:26