Azərbaycanda beton istehsalı 34 % artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 3 milyon 205,2 min ton beton istehsal edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,3 % çoxdur.

Təkcə avqust ayında isə 466,1 min ton beton istehsal olunub ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 34,4 % çoxdur.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycanda 4 milyon 54,3 min ton beton istehsal edilib ki, bu da əvvəlki ilə nisbətən 7,6 % azdır.

Digər xəbərlər