Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda 224,3 min ton bentonit istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 88 % çoxdur.
Təkcə noyabrda isə ölkədə 31,8 min ton bentonit istehsal olunub ki, bu da 1 il əvvələ nisbətən 3 dəfə çoxdur.
Ötən ilin dekabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda 26,8 min ton hazır məhsul ehtiyatı olub.
Xatırladaq ki, 2023-cü ildə Azərbaycanda 125,5 min ton bentonit istehsal edilib ki, bu da 2022-ci illə müqayisədə 28,7 % azdır.