Bu ilin ilk yarısında Azərbaycanda 377,4 min cüt ayaqqabı istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29,7 % çoxdur.
Bu il iyulun 1-nə, ölkədə 91,1 min cüt hazır məhsul ehtiyatı olub.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycanda 1 milyon 41 min cüt ayaqqabı istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 39 % çoxdur.