Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 220 ədəd avtobus istehsal edilib.
"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 64,2 % çoxdur. Nəticədə bu ilin avqustun 1-nə 28 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Bu ilin ilk 7 ayında Azərbaycanda 248,9 milyon manatlıq maşın və avadanlıqlar, avtomobil, qoşqu və yarımqoşqular istehsal edilib. 1 il əvvələ nisbətən maşın və avadanlıqların istehsalı 73,5 % azalıb, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 88,4 % artıb.
Bundan başqa, yanvar-iyulda Azərbaycanda 1 881 ədəd minik avtomobili istehsal olunub ki, bu da ötən ilin 7 ayı ilə müqayisədə 411 ədəd və yaxud 17,9 % azdır. Nəticədə bu ilin avqustun 1-nə 128 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Hesabat dövründə Azərbaycanda 298 ədəd traktor istehsal edilib. Bu, 2025-ci ilin ilk 7 ayına nisbətən 3,6 % azdır. Bu ilin avqustun 1-nə 6 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Həmçinin, hesabat dövründə ölkədə 511 ədəd yük avtomobili istehsal edilib ki, bu da illik müqayisədə 2,7 dəfə çoxdur. Bu ilin avqustun 1-nə 40 ədəd hazır məhsul ehtiyatı yaranıb.