Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 382,9 min ton armatur istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 38,2 % çoxdur.
Təkcə oktyabr ayında isə 65,8 min ton armatur istehsal olunub ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 78 % çoxdur.
Bu ilin noyabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda 28,4 min ton hazır məhsul ehtiyatı olub.
Xatırladaq ki, 2023-cü ildə Azərbaycanda 339,2 min ton armatur istehsal edilib ki, bu da əvvəlki ilə nisbətən 22,1 % azdır.