Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 69 min ton armatur istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 17,9 % çoxdur.
Təkcə fevral ayında isə 33,4 min ton armatur istehsal olunub ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 40 % çoxdur.
Bu il martın 1-nə olan vəziyyətə görə, Azərbaycanda 47,6 min ton hazır məhsul ehtiyatı olub.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycanda 438,6 min ton armatur istehsal edilib ki, bu da əvvəlki ilə nisbətən 28,7 % çoxdur.