Azərbaycanda armatur istehsalı 85 % artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 58,5 min ton armatur istehsal olunub.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 85,1 % çoxdur.

Martın 1-nə ölkədə 14 min 9 ton hazır məhsul ehtiyatı yaranıb.

Hesabat dövründə metallurgiya sənayesi üzrə alüminium məmulatlarının istehsalı 2,2 dəfə, hazır metal məmulatlarının istehsalı sahəsi üzrə metaldan konstruksiyaların istehsalı isə 14,2 % azalıb.

Digər xəbərlər

Azərbaycan dərman ixrac edə bilər 05 oktyabr, 2026 / 16:26