Ötən il Azərbaycanda 438,6 min ton armatur istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 28,7 % çoxdur.
Təkcə dekabr ayında isə 42 min ton armatur istehsal olunub ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 20 % çoxdur.
Bu il yanvarın 1-nə olan vəziyyətə görə, Azərbaycanda 23,8 min ton hazır məhsul ehtiyatı olub.