Azərbaycanda alüminium istehsalı 66 %-ə yaxın artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 47 min 435 ton alüminium məmulatları istehsal edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 65,7 % çoxdur.

Təkcə sentyabrda isə ölkədə 5 min 516 ton alüminium məmulatları istehsal olunub ki, bu da 1 il əvvələ nisbətən 81 % çoxdur.

Bu ilin oktyabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda 2 min 753 ton hazır məhsul ehtiyatı olub.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycanda 45 min 83 ton alüminium məmulatları istehsal edilib ki, bu da 2022-ci illə müqayisədə 4,5 % çoxdur.

Digər xəbərlər

Azərbaycan dərman ixrac edə bilər 05 oktyabr, 2026 / 16:26