Azərbaycanda alüminium istehsalı 55 %-dən çox artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 52 min 801 ton alüminium məmulatları istehsal edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 55,3 % çoxdur.

Təkcə oktyabrda isə ölkədə 5 min 366 ton alüminium məmulatları istehsal olunub ki, bu da 1 il əvvələ nisbətən 0,1 % azdır.

Bu ilin noyabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda 3 min 781 ton hazır məhsul ehtiyatı olub.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycanda 45 min 83 ton alüminium məmulatları istehsal edilib ki, bu da 2022-ci illə müqayisədə 4,5 % çoxdur.

Digər xəbərlər