Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 55,4 min ton yapışqan və yapışdırıcı maddələr istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 66,4 % çoxdur.
Bu il mayın 1-nə, ölkədə 12,7 min ton hazır məhsul ehtiyatı olub.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycanda 136,6 min ton yapışqan və yapışdırıcı maddələr istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 11,7 % çoxdur.