Bu ilin yanvar-aprel aylarında Azərbaycan Türkiyədən 4,026 milyon ABŞ dolları dəyərində mədən sənayesi məhsulları idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 47,3 % çoxdur.
Təkcə apreldə isə Türkiyə Azərbaycana 1,096 milyon ABŞ dollarlıq mədən sənayesi məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 33,4 % çoxdur.
Türkiyənin mədən sənayesi məhsulları ixracının ümumi dəyəri 4 ayda illik müqayisədə 1 % azalaraq 1,844 milyard ABŞ dollarına, apreldə isə 1,9 % artaraq 475 milyon ABŞ dollarına çatıb.