2022-ci ildə Azərbaycan Türkiyədən 153,339 milyon ABŞ dolları dəyərində avtomobil sənayesi məhsulları idxal edib.
“Report” xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisinin (TİM) hesabatında deyilir.
Məlumata görə, bu, 2021-ci ilin göstəricisi ilə müqayisədə 24 % çoxdur.
Təkcə ötən ilin dekabr ayında Türkiyə Azərbaycana 11,306 milyon ABŞ dollarlıq avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da, illik müqayisədə 12,3 % azdır.
Ötən il Türkiyənin ümumi avtomobil sənayesi məhsullarının ixracının dəyəri illik müqayisədə 5,7 % artaraq 30,996 milyard ABŞ dollarına, dekabr ayında isə 6,7 % artaraq 3,157 milyard ABŞ dollarına çatıb.