Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 6 milyon kvadratmetr tikinti şüşəsi istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 % çoxdur.
Bu il avqustun 1-nə olan vəziyyətə görə, Azərbaycanda 1 milyon 649 min kvadratmetr hazır məhsul ehtiyatı olub.
2024-cü ildə Azərbaycanda 10 milyon kvadratmetr tikinti şüşəsi istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 14,3 % çoxdur.