Azərbaycan soyuducu və dondurucu istehsalını 40 % artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 126 ədəd məişət soyuducuları və dondurucuları istehsal edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 40 % çoxdur.

Təkcə fevralda isə ölkədə 27 ədəd məişət soyuducuları və dondurucuları istehsal olunub ki, bu da 1 il əvvələ nisbətən 58 % azdır.

Bu il martın 1-nə olan vəziyyətə görə, ölkədə 54 ədəd hazır məhsul ehtiyatı olub.

2024-cü ildə Azərbaycanda 793 ədəd məişət soyuducuları və dondurucuları istehsal edilib ki, bu da 2023-cü ilə nisbətən 18 % azdır.

Digər xəbərlər

Azərbaycan dərman ixrac edə bilər 05 oktyabr, 2026 / 16:26