Sevinc Həsənova: "Dövlət şirkətlərinin özəlləşdirilməsinə yanaşma eyni deyil"

“Azərbaycan Sənaye Korporasiyası” ASC-yə məxsus, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin balansında olan 8 şirkət özəlləşdirməyə çıxarılacaq”.

“Report”un xəbərinə görə, bunu iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Milli Məslisin bu gün keçirilən plenar iclasında - “2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin II oxunuşda müzakirəsində bildirib.

O, həmçinin deyib ki, dövlət şirkətlərinin özəlləşdirilməsinə naşma eyni deyil: “Bəzi dövlət müəssisələri Azərbaycan İnvestisiya Holdinqinin tərkibinə verilib. Digər dövlət müəssisələrinə isə onların xüsusiyyətləri, ölkə iqtisadiyyatının inkişafına rolları nəzərə alınmaqla, dövlət maraqları gözlənilməklə xüsusi yanaşmalar tətbiq olunur”, - deyə o qeyd edib.

Digər xəbərlər

Azərbaycan dərman ixrac edə bilər 05 oktyabr, 2026 / 16:26