Bu ilin I rübündə Azərbaycanda 854,9 min ton sement istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4 % azdır.
Bu il aprelin 1-nə, ölkədə 126,7 min ton hazır məhsul ehtiyatı olub.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycanda 4 milyon 28 min ton sement istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 1,6 % çoxdur.