Azərbaycan sement klinkerlərinin istehsalını 8 % artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 1 milyon 298,4 min ton sement klinkerləri istehsal edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8 % çoxdur.

Bu il mayın 1-nə, ölkədə 361,5 min ton hazır məhsul ehtiyatı olub.

Xatırladaq ki, 2024-cü ildə Azərbaycanda 4 milyon 48 min ton sement klinkerləri istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 15,8 % çoxdur.

Digər xəbərlər

Azərbaycan dərman ixrac edə bilər 05 oktyabr, 2026 / 16:26