Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 158,2 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib.
“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin oktyabr sayında bildirilir.
Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,5 % çoxdur.
9 aylıq qızıl ixracının 18,1 milyon dollarlıq hissəsi sentyabr ayının payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 29,8 % azdır.