2025-ci ildə Azərbaycan 326,2 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib.
"Report" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın yanvar sayında bildirilir.
Məlumata görə, bu, 2024-cü illə müqayisədə 54% çoxdur.
Təkcə dekabrda isə Azərbaycan 29,2 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 15,9 % çoxdur.
Ötən il Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı əvvəlki illə müqayisədə 8,1 % artaraq 3,6 milyard ABŞ dolları təşkil edib.