Bu ilin yanvar ayında Azərbaycanda 302,4 kq qızıl, 151,5 kq gümüş istehsal edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 11,6 % çox və 64,1 % azdır.
Bu ilin fevralın 1-nə ölkədə 355,7 kq qızıl, 181,7 kq gümüş ehtiyatı yaranıb.