Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 85 min ton propilen istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 % çoxdur.
Bu il avqustun 1-nə, ölkədə 1 min ton hazır məhsul ehtiyatı olub.
2024-cü ildə Azərbaycanda 121,4 min ton propilen istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 20,7 % azdır.