Azərbaycan propilenin istehsalını 10 % artırıb

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 131,6 min ton propilen istehsal edilib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10 % çoxdur.

Ötən il dekabr ayının 1-nə, ölkədə 1,1 min ton hazır məhsul ehtiyatı olub.

2024-cü ildə Azərbaycanda 121,4 min ton propilen istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 20,7 % azdır.

Digər xəbərlər

Azərbaycan dərman ixrac edə bilər 05 oktyabr, 2026 / 16:26