Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 72,5 min ton propilen istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 % coxdur.
Bu il iyulun 1-nə, ölkədə 0,7 min ton hazır məhsul ehtiyatı olub.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycanda 121,4 min ton propilen istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 20,7 % azdır.