Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 91 min ton polietilen istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,2 % çoxdur.
Bu il avqustun 1-nə, ölkədə 11,8 min ton hazır məhsul ehtiyatı olub.
2024-cü ildə Azərbaycanda 121,7 min ton polietilen istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 25,2 % azdır.