Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 29,9 min ton polietilen istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 22,5 % çoxdur.
Təkcə fevralda isə ölkədə 15,7 min ton polietilen istehsal olunub ki, bu da 1 il əvvələ nisbətən 16,3 % çoxdur.
Bu il martın 1-nə olan vəziyyətə görə, Azərbaycanda 19,4 min ton hazır məhsul ehtiyatı olub.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycanda 121,7 min ton polietilen istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 25,2 % azdır.