Bu ilin ilk 7 ayında Azərbaycanda 17 milyon 341 min kvadratmetr pambıq parça istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,7 % çoxdur.
Bu il avqustun 1-nə ölkədə 275,1 min kvadratmetr hazır məhsul ehtiyatı olub.
2024-cü ildə Azərbaycanda 30 milyon 706 min kvadratmetr pambıq parça istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 7,2 % çoxdur.