Bu ilin ilk 6 ayında Azərbaycanda 14 milyon 703 min kvadratmetr pambıq parça istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,4 % çoxdur.
Bu il iyulun 1-nə, ölkədə 806,1 min kvadratmetr hazır məhsul ehtiyatı olub.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycanda 30 milyon 706 min kvadratmetr pambıq parça istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 7,2 % çoxdur.