Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 27,1 min ton pambıq mahlıcı istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 41,7 % çoxdur.
Təkcə fevralda isə ölkədə 11 min 579 ton pambıq mahlıcı istehsal olunub ki, bu da 1 il əvvələ nisbətən 22 % çoxdur.
Bu il martın 1-nə olan vəziyyətə görə, Azərbaycanda 39 min 145 ton hazır məhsul ehtiyatı olub.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycanda 73 min ton pambıq mahlıcı istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 9,9 % azdır.