Azərbaycan pambıq mahlıcı istehsalını 37 %-dən çox artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 35,3 min ton pambıq mahlıcı istehsal edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 37,5 % çoxdur.

Bu il aprelin 1-nə, ölkədə 41,8 min ton hazır məhsul ehtiyatı olub.

Xatırladaq ki, 2024-cü ildə Azərbaycanda 73 min ton pambıq mahlıcı istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 9,9 % azdır.

Digər xəbərlər

Azərbaycan dərman ixrac edə bilər 05 oktyabr, 2026 / 16:26