Bu ilin yanvar-may aylarında Azərbaycanda 7,43 min ton pambıq ipliyi istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,5 % çoxdur.
Bu il iyunun 1-nə, ölkədə 5,36 min ton hazır məhsul ehtiyatı olub.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycanda 18,45 min ton pambıq ipliyi istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 41,5 % çoxdur.