Azərbaycan pambıq ipliyi istehsalını 16 %-ə yaxın azaldıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 3,6 min ton pambıq ipliyi istehsal edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,8 % azdır.

Bu il aprelin 1-nə, ölkədə 4,7 min ton hazır məhsul ehtiyatı olub.

Xatırladaq ki, 2024-cü ildə Azərbaycanda 18,45 min ton pambıq ipliyi istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 41,5 % çoxdur.

Digər xəbərlər

Azərbaycan dərman ixrac edə bilər 05 oktyabr, 2026 / 16:26