Azərbaycan noyabrda asfalt istehsalını 3 dəfə artırıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 170,4 min ton asfalt istehsal edilib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 88 % çoxdur.

Təkcə noyabrda isə ölkədə 44 min ton asfalt istehsal olunub ki, bu da 1 il əvvələ nisbətən 3 dəfə çoxdur.

2024-cü ildə Azərbaycanda 141,8 min ton asfalt istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 15,4 % azdır.

Digər xəbərlər

Azərbaycan dərman ixrac edə bilər 05 oktyabr, 2026 / 16:26