Azərbaycan metal konstruksiyaların istehsalını 12 % artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 5,1 min ton metaldan konstruksiya istehsal edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,1 % çoxdur.

Bu il aprelin 1-nə, ölkədə 10,9 min ton hazır məhsul ehtiyatı olub.

Xatırladaq ki, 2024-cü ildə Azərbaycanda 23 min 748 ton metaldan konstruksiya istehsal edilib ki, bu da əvvəlki ilə nisbətən 2,1 % azdır.

Digər xəbərlər

Azərbaycan dərman ixrac edə bilər 05 oktyabr, 2026 / 16:26