Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 5 min 25 ton lak-boya məmulatları istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 60,5 % çoxdur.
Təkcə fevralda isə ölkədə 2 min 644 ton lak-boya məmulatları istehsal olunub ki, bu da 1 il əvvələ nisbətən 78 % çoxdur.
Bu il martın 1-nə olan vəziyyətə görə, Azərbaycanda 570,4 ton hazır məhsul ehtiyatı olub.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycanda 41 min 786 ton lak-boya məmulatları istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 4,8 % çoxdur.