Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 17,4 min ton lak-boya məmulatları istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,9 % çoxdur.
Bu il iyulun 1-nə, ölkədə 625,8 ton hazır məhsul ehtiyatı olub.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycanda 41 min 786 ton lak-boya məmulatları istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 4,8 % çoxdur.